Ukrayna gimnastı Oleq Stepko Azərbaycan vətəndaşlığını qəbul etdi
04 mart, 2014 10:10
ERtv espresso.tv-yə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlığını qəbul edən ukraynalı gimnast Oleq Stepko Londonda keçirilən Olimpiada - 2012-də Ukrayna yığmasının tərkibində çıxış edərək 4-cü yeri tutub.
O zaman Yaponiya yığmasının appelyasiyası müsbət cavab almış, komanda bürünc medaldan məhrum olmuşdu.
2010-cu il Gənclər Olimpiadasında isə O.Stepko 2 qızıl və 2 gümüş medal qazanıb.