Təhsil naziri Mikayıl Cabbarovun Qərb rayonlarının sakinləri ilə görüş tarixi dəyişdirilib.
Bu barədə ERtv-yə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, M.Cabbarovun 17 mart tarixində Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu vaxtında dəyişiklik edilib.
Belə ki, 11 mart tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar yalnız 5-6-7 mart 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.