Xəbərlər

Parlamentdə Ombudsmanın illik hesabatı dinlənilib
04 mart, 2014 10:04

Milli Məclisdə “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsi dinlənilib.

ERtv xəbər verir ki, parlamentdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Elmira Süleymanova qeyd edib ki, ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılıb, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq işlər görülüb.

“İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101540, 2013-cü ildə isə 13670 müraciət daxil olub.

Ötən il aparatda, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən 525 şəxs müraciət daxil olub. Qeyd edilən müraciətlərin 75,8%-i şikayətlərdən, 24,2%-i ərizələrdən ibarət olub.

Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin buraxılmasından imtina edib. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 65,5%-i təmin olunub”, -  E.Süleymanova deyib.

Ombudsmanın sözlərnə görə, mülkü, iqtisadi və sosial hüquqların pozulmasına dair şikayətlər – şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.