Azərbaycan benzin ixracını bərpa edib
03 mart, 2014 10:18
Azərbaycan avtomobil benzinin ixracını bərpa edib.
ERtv Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki,yanvar-fevral ayları ərzində 383 ton avtomobil benzini ixrac olunub.
Fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 970,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan 2012-ci ilin ikinci yarısından SOCAR-a məxsus avtomobil benzinin ixracını dayandırıb. Azərbaycanda tələbat artdığı üçün benzin çatışmazlığı yarandığından bu addım atılıb.
Hətta benzinə tələbat artdığından Dövlət Neft Şirkəti Aİ-95 benzinin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 benzinin istehsalına keçmək üçün hökumətə müraciət edib.