Bakıda bərbərxana partlayıb
02 mart, 2014 11:27
Paytaxtda partlayış olub.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarında Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.
Hadisə nəticəsində bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.