Putin Merkelin Krım təklifinə razılıq verdi
02 mart, 2014 11:26
Rusiya prezidenti Almaniya kansleri Angela Merkel ilə telefon söhbətində Krımda vəziyyətin araşdırılması üçün ATƏT-in himayəsi altında qrupun yaradılmasına razılıq verib.
ERtv “Reuters”ə istinadən xəbər verir ki, Almaniya hökumətinin nümayəndəsi Georq Şrayterin sözlərinə görə, Putin Krımda yaranan vəziyyətin həlli ilə bağlı siyasi dialoqa başlamağa razılıq verib.
Qrupun hansı şəkildə fəaliyyət göstərəcəyi və nə zaman öz işinə başlayacağı bildirilmir. Söhbət zamanı Merkel Putini xüsusilə Ukraynaya “yolverilməz müdaxilə” həyata keçirtməklə beynəlxalq müqavilələri pozmaqda ittiham edib. Almaniya kansleri Rusiya prezidentini Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.