Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük daşınıb
02 mart, 2014 11:25
Cari ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən ERtv-yə verilən məlumata əsasən orta hesabla gündə 483 vaqon yüklənmiş, 462 vaqon boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,8 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton və Cənub istiqaməti üzrə 3,7 min ton yükləmə işi yerinə yetirilib.