FİDE-nin 1 mart tarixinə olan reytinq cədvəlində Şəhriyar Məmmədyarov 13-cü mövqedədir
01 mart, 2014 21:23
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2757) FİDE-nin 1 mart 2014-cü il tarixində açıqlanan reytinq cədvəlinə görə 13-cü yerdədir.
ERtv xəbər verir ki, birinci yerdə hazırkı dünya çempionu Maqnus Karlsen (2872) qərarlaşıb.
İkinci yeri Levon Arinyan (2830), üçüncü yeri isə Vladimir Kramnik (2787) tutur. Tanınmış azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə 37-ci yerin sahibidir.