Masallıda, fərdi yaşayış evində partlayış baş verib.
ERtv-nin bölgə müxbiri xəbər verir ki, partlayış ötən gecə, Masallı rayonunun Şərəfə kəndində 76 yaşlı Hümbətov Naib Məhəmməd oğluna məxsus 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı briqada cəlb olunub.
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 150kv.m olan 5 otaqlı evin 75kv.m içindəki əşyalarla birgə yanaraq kül olub. Ən dəhşətlisi isə odur ki, ev sahibi Naib Hümbətov evdə yanaraq faciəli şəkildə ölüb. Yaxınlarının sözlərinə görə Naib Hümbətov gözləri görmədiyinə görə otaqdan çıxa bilməyib.
Hadisə şahidləri yanğına maye qaz balonunun səbəb ola biləcəyini ehtimal edirlər.
Yanğının baş verməsinin dəqiq səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır.