Martın 4-də Serbiyada Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda komissiyanın 2-ci iclasından ötən dövrdə görülmüş işlər, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Serbiya Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər də keçiriləcək.