Dünyanın ən qədim pendiri tapılıb
28 fevral, 2014 12:49
Hələ 1930-cu ildə Çinin Təklə-Məkan səhrasında insan məzarlığı tapılmışdı.
O zaman mumiyalanmış insanların boyunlarında naməlum maddənin qırıntıları aşkar edilmişdi.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, təhlil aparan alimlər bunun nə süd, nə də yağ olduğu qənaətinə gəlmişdilər.
Lakin eyni zamanda bu məsələ açıq olaraq qalmışdı və tədqiqatlar davam etdirilməmişdi.
Hazırda isə alimlər müasir üsulların köməkliyi ilə müəyyən ediblər ki, bu qırıntılar pendir məhsuluna aiddir və bunu dəqiqliyi ilə dünyanın ən qədim pendiri adlandırmaq olar.
Lakin alimlər hələ ki, insanların nə üçün pendirlə dəfn edildiyini aydınlaşdıra bilmirlər.
Təhlillər göstərib ki, qədim pendir eramızdan əvvəl 1615-ci ildə yaradılıb.