ABŞ administrasiyasının Ukraynaya yardım məsələsi ilə bağlı konqreslə məsləhətləşmələr aparıldığını dövlət departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bildirib.
ERtv RİA Novostiyə istinadən xəbər verir ki, çıxışı zamanı Psaki qeyd edib: “Biz konqreslə Ukraynaya kredit zəmanətlərinin təqdimi məsələsində məsləhətləşmələr aparırıq. Bu iş hələ ki tamamlanmayıb”.
Onun sözlərinə görə, Vaşinqton beynəlxalq tərəfdaşları ilə də məsləhətləşmələr apararaq Ukrayna hökumətinə sabitliyin təmin olunması və islahatların keçirilməsində yardım göstərmək niyyətindədir.
Daha əvvəl ABŞ hökuməti Ukraynaya 1 milyon dollar həcmində kredit verilməsi imkanından bəhs edib. Həmçinin, Vaşinqton Ukraynanın maliyyə yardımı üçün Beynəlxalq Volyuta Fonduna müraciətini də müsbət qarşılayıb.
Ağ ev təmsilçisi Cey Karni cümə axşamı bildirib ki, ABŞ Ukraynaya kreditin verilməsini istisna etmir.