İlham Əliyev Dominikan Prezidentini təbrik edib
27 fevral, 2014 20:24
Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".