Böyükağa Hacıyev: “Neftçi” Kanalesi geri qaytara bilər
27 fevral, 2014 20:21
“Neftçi” futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer-liqanın 24-cü turunda “Qarabağ”la qarşılaşmadan öncə mətbuat konfransında çıxış edib.
ERtv xəbər verir ki, mətbuat konfransında çıxışı zamanı baş məşqçi bildirib.
“Fənərbaxça ilə Türkiyədə oynamaq səhvimiz idi. Biz bütün kartları açdıq. Hamı bizim formada olduğumuzu gördü. Lənkəranla oyunda isə komandamız parçalandı. Düşünürəm ki, Kanales olmadığı üçün ağlamalı deyilik. Təkrar olaraq deyim ki, hazırda bizim transferlərə ehtiyacımız yoxdur. 11 legionerimiz var. Onlardan bəzilərinin müqavilə müddəti bitir. Kimisə komandada saxlayacaq, bəziləri ilə vidalaşacağıq”, - deyə B.Hacıyev qeyd edib.