Karlos Kardoso: “Legionerlərin borcu çətin gündə Azərbaycan xalqı ilə birlikdə olmaqdır”
27 fevral, 2014 20:20
“Neftçi” futbol klubunun braziliyalı müdafiəçisi K.Kardoso 22 il əvvəl baş vermiş Xocalı soyqırımı ilə bağlı öz münasibətini bildirib.
ERtv klubun saytına istinadən xəbər verir: “Xocalıda baş verənlər haqqında komanda yoldaşlarımdan öyrəndim.
Bu faciəni törədənlər insan adlandırıla bilməz. Heç bir günahı olmayan insanların, yaşlıların və körpələrin qətlini bağışlamaq olmaz. Təkcə Azərbaycan deyil, bütün dünyada belə hallar ictimai qınağa çevrilir”- deyə futbolçu söyləyib.
Müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycanda idmana, o cümlədən, futbola diqqət ayrılır. Legionerlərin borcu ağır gündə Azərbaycan xalqı ilə birlikdə olmaqdır.