Xəbərlər

“Darvin bankası” yatağı üçün yeni özül layihələndirilir
27 fevral, 2014 19:49

“Darvin bankası” yatağı üçün yeni 760 saylı stasionar dəniz özülü layihələndirilir.

ERtv Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, özülün layihələndirilməsi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında həyata keçirilir.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 9-9,5 metr dərinliyində yerləşdiriləcək.

Quyuların hər birindən sutkada 50 ton neft hasil ediləcəyi nəzərdə tutulur. 8 bloklu özüldə ən müasir qazma avadanlığı, 36 nəfərlik vaqon tipli yaşayış evləri, sərnişin və yük meydançaları, hər birinin yükqaldırma qabiliyyəti 30 ton olan iki ədəd qaldırıcı kran, yanğından mühafizə sistemi, biloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlar quraşdırılacaq.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik generatoru yerləşdiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.