“Fənərbaxça” – “Azəryol” matçında Xocalı soyqırımı yad edilib
26 fevral, 2014 18:07
Türkiyənin “Fənərbaxça” və Azərbaycanın “Azəryol” komandaları arasında İstanbulda keçirilmiş CEV kubokunun yarımfinal oyununda Xocalı soyqırımının qurbanları yad edilib.
ERtv “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, fevralın 25-də İstanbulda baş tutmuş oyuna “Azəryol” komandası qara formada, “Fənərbaxça” təmsilçiləri isə qara sarğıda çıxıblar.
Qarşılaşmaya Azərbaycan, türk və ingilis dillərində “Xocalıya Ədalət” plakatı ilə çıxan “Azəryol”a “Fənərbaxça” üzvləri və tərəfdarları da dəstək veriblər.
Xocalı soyqırımının ehtiramla anılan oyunda “Fənərbaxça” 3-0 qalib gəlib. Cavab oyunu martın 1-də Bakıda keçiriləcək.