Azərbaycan Ordusunun əsgəri şəhid olub
26 fevral, 2014 18:04
Azərbaycan Ordusunun əsgəri düşməni dəf edərkən şəhid olub.
ERtv xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 26-da saat 15:30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olmuş kiçik çavuş K.Nöhbalayev müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.