Tanınmış gitaraçı Pako de Lusiya vəfat edib
26 fevral, 2014 17:59
Məşhur ispan əsilli gitaraçı Pako de Lusiya 66 yaşında Meksikada vəfat edib.
Bu haqda musiqiçinin yaxınlarının məlumatına istinadən “El Pais” nəşri informasiya verib.
ERtv Lenta.ru-ya istinadən xəbər verir ki, “De Lusiya Kankuna” istirahət mərkəzində olarkən qəfildən səhhəti pisləşib. Xəstəxanaya çatdırılarkən yolda keçinib. İlkin məlumatlara görə, o, ürək tutmasından vəfat edib.
Yaxın zamanlarda müsiqiçinin cəsədi İspaniyaya təhvil veriləcək.