Xəbərlər

Elmira Axundova: “Dəniz limanları haqqında” qanun mühüm əhəmiyyət kəsb edir”.
26 fevral, 2014 17:53

Hər birimizin gözü önündə dövlətimiz iqtisadi baxımdan günü-gündən öz qüdrətini artırır, sənaye, kənd təsərrüfatı inkişaf edir.

Buna bağlı olaraq da xarici ölkələrlə ticarət əlaqələri genişlənir.

Ticarət əlaqələrimiz quru və hava yolu ilə həyata keçirildiyi kimi, dəniz vasitəsilə də uğurla davam etdirilməkdədir.

Gün.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) birinci oxunuşunun müzakirəsindən keçmiş “Dəniz limanları haqqında” qanun layihəsi ilə bağlı mətbuata mövqeyini açıqlayan millət vəkili Elmira Axundova dilə gətirib.

Millət vəkili deyib ki, bu sahədə İpək Yolunun əhəmiyyəti isə xüsusi vurğulanmalıdır.

Onun sözlərinə görə, hələ 90-cı illərdə qədim İpək Yolunun dirçəldilməsi ideyasının təşəbbüskarı kimi Heydər Əliyev və Eduard Şevardnadze çıxış etmişdilər:

“1996-cı ilin mayında Transqafqaz dəhlizinin reallaşmasının əsasını qoyan “Serahs” sazişi imzalandı. 1998-ci ilin sentyabrında Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda İpək Yolunun bərpası üzrə 34 dövlətin iştirakı ilə beynəlxalq konfrans keçirildi.

Konfransın yekununda, yəni sentyabrın 8-də “Avropa-Qafqaz-Asiya” (TRASEKA) dəhlizinin inkişafı üzrə beynəlxalq əməkdaşlığa dair Əsas çoxtərəfli Saziş və Bakı bəyannaməsi imzalandı. “Böyük İpək Yolu”nun bərpası həcminə, miqyasına, gələcək nəticələrinə görə nəhəng layihə idi.

Bu baxımdan, qloballaşan dünyada öz balaca respublikasının rolunu və yerini hamıdan yaxşı anlayan Heydər Əliyev bu layihəyə böyük diqqət yetirirdi. Heydər Əliyevin bünövrəsini qoyduğu strateji planları XXI əsrdə onun layiqli davamçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilmişdir.

Avropaya ixrac neft-qaz kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Böyük İpək Yolunun respublikanın daxilində tərkib hissəsi olan avtomagistral və avtobanların salınması, həmçinin limanların Bakıdan kənara köçürülməsi, genişləndirilməsi də bu sıraya aiddir.

Fəxr edirik ki, cənab Prezident belə bir qısa zamanda limanların köçürülməsi məsələsini həll etdi, şəhərin görünüşü əhəmiyyətli dərəcədə dəyişildi, Bakının sahil sularının çirklənməsinin qarşısı əhəmiyyətli dərəcədə alındı. Ən əsası isə odur ki, Bakı limanları ən yüksək beynəlxalq səviyyəyə uyğun yenidən quruldu. Bu baxımdan müzakirəyə çıxarılan “Dəniz limanları haqqında” qanun mühüm əhəmiyyət kəsb edir.

Qanunun hazırlanmasına görə, Dövlət Dəniz Administrasiyasına, həmçinin Milli Məclisin müvafiq komitəsinə, şəxsən Ziyad Səmədzadəyə təşəkkürümü bildirirəm. Amma bu qanunla bağlı bir sıra fikirlərimi bölüşmək istəyirəm.

İlk olaraq ondan başlamaq istərdim ki, nə bu qanunda və nə də Ticarət Gəmiçiliyi Məcəlləsində “dəniz üzgüçülüyü” anlayışı tam şəkildə açıqlanmır. Çox istərdim ki, bu anlayış qanunun 2-ci maddəsində öz əksini tapsın. Qanunun 7-ci maddəsi “Limanın bağlanması” adlanır.

Maddədən anlamaq olur ki, söhbət limanın müvəqqəti yox, birdəfəlik bağlanmasından gedir. Burada bağlanma müddəti göstərilsə də, hansı hallarda bağlanması şərtləri göstərilmir. İstərdim ki, bu məsələlər də qanunda qeyd olunsun. Çünki bir limanın hazırlanmasına, açılmasına, fəaliyyətinə dövlət külli miqdarda ciddi vəsait sərf edir. Buna görə də limanın bağlanması şərtləri də ciddi olmalıdır”.

E.Axundova eyni zamanda bildirib ki, qanunun 13-cü maddəsi limanda təhlükəsizliyin təmin edilməsi adlanır və burada bir çox mühüm müddəalar, yəni dəniz terminalların operatorlarının, gəmi kapitanları və s. şəxslərin vəzifələri qeyd olunur.

“Amma mən çox istərdim ki, qanunda konkret göstərilsin ki, limanlarda torpaq və su təbəqəsinə ziyan yetirildikdə hansı hallarda kimlər və nə həcmdə məsuliyyət daşıyır. Çünki limanlarda yüklərin boşaldılması zamanı qəza baş verdikdə dəniz sularına zəhərli və zərərli maddələr, kimyəvi maddələr, neft məhsulları töküldükdə yaranacaq hüquqi məsuliyyət məsələsi öz həllini tapmalıdır” - deyə, o, sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.