Boksçularımız Rusiyada keçirilmiş beynəlxalq turnirdə üç medal qazanıblar
25 fevral, 2014 20:55
Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.
ERtv xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisi üç medal qazanıb. Məsud Yusifzadə (52 kq), Cavid Quliyev (64 kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) bürünc medalla kifayətləniblər.