Xəbərlər

Ramiz Əzizbəylinin həyat yoldaşı: “O, qırıq-qırıq da olsa danışır”
25 fevral, 2014 20:52

Fevralın 21-də Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən Ramiz Əzizbəylinin səhhəti normallaşıb.

Xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəylinin ERtv-yə verdiyi məlumata əsasən, aktyor artıq danışır:

“O, qırıq-qırıq da olsa danışır. Xəstəxanaya yerləşdiriləndən sonra səhhətində azacıq irəliləyiş olub. Həkimlər deyirlər ki, Ramiz sağalacaq, səhhəti yaxşılaşacaq. Sadəcə, müəyyən vaxt lazımdır. O, hazırda reanimasiyadadır. Nə vaxt çıxarılacağı bilinmir. Vəziyyəti bir balaca yaxşı olan kimi, palataya köçürüləcək”.

Qeyd edək ki, R.Əzizbəylinin həkimi, nevroloq Nərgiz Ağayevanın APA-ya verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib:

“Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq”.

Xatırladaq ki, Ramiz Əzizbəyli fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra avtomobil qəzasına düşüb. Başından xəsarət alan aktyor bir neçə gün ev şəraitində müalicə olunub.

Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.