Bəxtiyar Əliyev: “Dövlətin statistik rəqəmləri həqiqəti əks etdirir”
25 fevral, 2014 20:07
Statistik rəqəmlər açıqdır və həqiqəti əks etdirir, indiyədək heç bir təşkilatdan həmin rəqəmlərin yalnışlığı ilə bağlı müraciət edilməyib.
ERtv-nin verdiyi xəbərə görə, bunu millət vəkiliBəxtiyar Əliyev Milli Məclisin plenar iclasında çıxışında deyib.
“Statistik rəqəmlər açıqdır. Dövlət Gömrük Komitəsinin saytında hər ay ticarət dövriyyəsi, malların çeşidləri və digər məlumatlar açıq şəkildə öz əksini tapır.
Bu günə qədər heç bir dövlətin heç bir rəsmi təşkilatından həmin rəqəmlərin yalnışlığı, qeyri-düzgünlüyü ilə bağlı müraciət edilməyib.
Rəqəmlər həqiqəti əks etdirir. Bununla bağlı kimlərsə manipulyasiya edirsə, bu həqiqətəuyğun deyil”.