Xəbərlər

“ASAN xidmət”də “kupça”ların verilməsi proseduru açıqlanıb
24 fevral, 2014 20:42

Əmlak Məsələləri Dövlət Komitəsi “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüququnun ilkin və təkrar qeydiyyatı, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı prosedurları açıqlayıb.

Komitədən ERtv-yə verilən məlumata görə, qəbul edilmiş sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq həll ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 11 fevral Fərmanı ilə ayın 22-dən “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça), texniki pasportların verilməsinə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Tarif Şurasının müvafiq Qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.