Xəbərlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha iki müavini təyin edilib
24 fevral, 2014 20:40

Azərbaycan Prezidentinin sərəncamları ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin iki müavini təyin olunub.

Nazirliyin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə” 23-dekabr 2013-cü il tarixli 58 nömrəli Sərəncamının 5.4.-cü bəndinə əsasən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı iki nəfər artırılmaqla 4 nəfər müəyyən olunub.

Bununla bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə İdris Balakişi oğlu İsayev və Kərimli Mətin İmdad oğlu Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, nazir müavini İ.İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1993-cü illərdə “İnkişaf” Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alaraq, biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

24-yanvar 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub.

2014-cü il 31 oktyabr tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Digər nazir müavini. Kərimli Mətin İmdad oğlu 6 iyun 1979-cu ildə anadan olub.1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib.

2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu  bitirib.

2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.

1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında  Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər isə Vergilər Vazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.

İngilis, fransız, rus və  ispan dillərini bilir. Evlidir, 3 övladı var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.