Ukrayna Daxili İşlər Nazirliyi ölkə prezidenti Viktor Yanukoviçi dinc əhalinin kütləvi şəkildə öldürülməsi prosesində şübhəli bilərək axtarışa verib.
ERtv Lenta.ru-ya istinadən verdiyi xəbər görə, bu haqda Arsen Avakov Facebook səhifəsində məlumat verib.
Onun məlumatına görə, hazırda prezidentin harada olduğu məlum deyil.
Bununla yanaşı Yanukoviçin dövlət mühafizəsindən imtina etdiyi də məlumdur. Son dəfə onu 24 fevrala keçən gecə Belbek hava limanına gedən yolda görüblər.
Son günlər Yanukoviçin yerləşdiyi məkanla bağlı təsdiqini tapmayan fərqli məlumatlar yayılıb.
Müxalifətçi deputat Aleksandr Briqinets Facebook səhifəsində yazıb ki, Yanukoviç Moskva patriarxının monastırlarından birində öz mühafizəçiləri və yaxın ətrafı ilə birlikdə aşkar olunub.
“Ukrainskaya pravda”nın müxbiri Tatyana Çernovil prezidentin guya ölkədən dəniz yolu ilə qaçmaq istədiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə Sevastopol yaxınlığındakı Balaklava adlı yerdə “Bandido” yaxtası hazırlanıb.
Nəhayət siyasi analitik Pavel Nussun versiyasına görə, itkin düşən prezidenti xarici xüsusi xidmət orqanları aradan qaldırıb.