Xəbərlər

Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib
21 fevral, 2014 12:31

Fevralın 21-də YUNESKO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannisin dəvəti ilə Yunanıstanın ən önəmli mədəniyyət mərkəzi sayılan Akropolis Muzeyində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib.

ERtv-yə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, toplantını açan Marianna V.Vardinoyannis bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi nüfuzlu bir təşkilatın İdarə Heyəti toplantısının Yunanıstanda keçirilməsi çox önəmli hadisədir və bunun davamlı olacağına ümid edir.

Tədbirdə Mərkəzin gələcək fəaliyyəti və statusunun müəyyənləşdirilməsi, o cümlədən katibliyinin genişləndirilməsi və mərkəzi ofisin işini daha da təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən Mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb, həmçinin əldə olunmuş nailiyyətlərdə bu dəstəyin əsas rol oynadığı qeyd olunub.

Toplantının işində Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti xanım Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, YUNESKO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, Rumınyanın sabiq prezidenti Emil Constantinescu, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, YUNESKO-nun Broadband Komissarı Valter Füst, Gürcüstan Universiteti Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, MENTOR fondunun İcraçı direktoru Farida Allaghi iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.