Olimpiada-2014: Amerikalı xizəkçinin evinə canavar girdi
21 fevral, 2014 12:29
Soçi Qış Olimpiya oyunlarının iştirakçısı olan amerikalı xizəkçi Keyt Hansen bildirib ki, onun Soçi Olimpiya şəhərciyindəki evinə canavar girib.
ERtv Sports.ru-ya istinadən xəbər verir ki, “Mənim evimdə canavar var? Əminəm ki, bu canavardır!” - Hansen öz tvitterində paylaşıb.
İdmançı verdiyi məlumatı video ilə də təsdiqləyərək həmin videonu You Tube sosial şəbəkəsində yerləşdirib.