Xəbərlər

Bakıda “Təmiz Şəhərim” fotoşəkil müsabiqəsinin yekunları üzrə foto sərginin açılış mərasimi keçirilib
21 fevral, 2014 12:29

Bakıda “Təmiz Şəhərim” fotoşəkil müsabiqəsinin yekunları üzrə foto sərginin açılış mərasimi keçirilib.

ERtv xəbər verir ki, fotomüsabiqə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi ərazisində “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılır.

Həmçinin, Vətəndaş Cəmiyyətində Debat (DVC) İctimai Birliyin dəstəti ilə reallaşdırılır.

Fotomüsabiqənin keçirilməsində məqsəd “yaşıl düşüncə” prinsipini təbliğ etmək, tarixən qədim, lakin müasir şəhərimizin gözəlliyinə və onun qorunub saxlanılmasına gənclərin diqqətini yönəltməkdir.

Sərgidə çıxış edən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət tərəfindən ekologiya və ətraf mühit sahəsinə ayrılan diqqətin rolunu xüsusilə qeyd edib. O həmçinin Heydər Əliyev Fondu tərəfindən bu sahənin daim diqqət mərkəzində saxlanıldığını da vurğulayıb.

Z.İbrahimov Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən həyata keçirilməkdə olan  “Təmiz Qala” tullantılarının idarəedilməsi üzrə layihənin əhəmiyyətindən danışararaq, layihə çərçivəsində baş tutan maarifləndirmə tədbirləri haqda məlumat verib. O “Təmiz Şəhərim” sərgi-müsabiqəsinin də bu silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırıb.

“Bu gün artıq Azərbaycan hər bir sahə üzrə inkişaf edir. Ətraf mühitin qorunması da böyük nailiyyətlər əldə olununan sahələrdəndir. Qısa zamanda demək olar ki, bu sahədə böyük addımlar atıldı. Buna həm də Heydər Əliyev Fonun dəstəyi və təşəbbüsü ilə nail olundu desək yanılmarıq”.

Sonda İdarə Heyətinin sədri qədim tarixə, zəngin sərvətlərə malik olan və eyni zamanda, çox gözəl müasir şəhər olan Bakıda ekoloji tarazlığın qorunmasının vacibliyini də qeyd edib. O tədbirin ətraf mühitin mühafizəsi və insanların şəhərimizin təmiz saxlanılmasına daha böyük qayğı ilə yanaşmağa bir təkan olacağını ümid etdiyini bildirib.

Daha sonra isə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev də layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib.

O bildirib ki, Fond hər zaman bu sahəyə böyük diqqət yetirib.

“Biz bu sahəyə dəstək və təşəbbüs göstərsək də, burada sərgilənən fotolardan aydın olur ki, bu problem tam həllini tapmayıb. Hesab edirəm ki, bunda tək dövlət yox, elə cəmiyyət özü də maraqlı olmalı və öz dəstəyini göstərməlidir”.

Sərgidə paytaxt Bakının gözəl guşələrini tərənnüm edən fotolar ilə yanaşı, insanlar tərəfindən tullantılarla çirkləndirilmiş məkanları əks etdirən şəkillər də nümayiş etdirilir. Sərgi 21, 22, və 23 fevral tarixlərinədə fəaliyyət göstərəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.