Kiyevdə iğtişaşlar nəticəsində ölənlərin sayı 77 nəfərə çatdı
21 fevral, 2014 12:27
ERtv İnterfax.ru-ya istinadən xəbər verir ki, 18 fevraldan (saat 10:20) 21 fevral tarixinədək (saat 00:00) olan müddət ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində 77 nəfər həlak olub.
Ukrayna Səhiyyə Nazirliyi mətbuat xidməti bununla bağlı cümə günü məlumat yayıb.
Qarşıdurmalar başlandığı andan etibarən paytaxtda ümumilikdə, 577 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 369 nəfər ayrı-ayrı xəstəxanalara yerləşdirilib.
Cümə axşamı saat 06:00-dan cümə günü saat 06:00-a qədər olan zaman müddətində isə 132 nəfər Təcili Yardım Mərkəzinə müraciət edib, onlardan 82 nəfər xəstəxanaya yerləşdirilib.