Yanukoviçin bank aktivləri dondurulacaq
21 fevral, 2014 12:26
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Ukrayna hakimiyyəti nümayəndələrinə qarşı viza və maliyyə sanksiyaları tətbiq olunacaq.
Bu haqda xanım Eşton Brüsseldəki mətbuat konfransında məlumat verib.
K.Eştonun sözlərinə görə, zorakılığın tətbiqində məsuliyyət daşıyan ukraynalı məmurların Avropaya gəlməsinə qadağa qoyulacaq, aktivləri dondurulacaq, ölkənin silahla təminatı məhdudlaşdırılacaq.
Avropa İttifaqının Kiyevdəki nümayəndəliyini konkret insanlar formalaşdıracaq.
Bundan əlavə, Avropa İttifaqının rəhbərləri bildirib ki, Ukrayna nümayişçiləri üçün viza rejimi yüngülləşdiriləcək.
Müxalifət nümayəndələri burada müəyyən imtiyazlar əldə edəcəklər.