Rəsmi Vaşinqton: “Biz çalışacağıq ki, Ukraynanı azad Ukrayna xalqına qaytaraq”
ABŞ hökuməti Ukrayna prezidenti Viktor Yanukoviçdən Kiyevin mərkəzindəki təhlükəsizlik qüvvələrinin təcili olaraq çıxarılmasını tələb edib.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Ukrayna hökuməti Kiyevdə keçirilən etiraz aksiyalarında nümayişçilərə qarşı zor tətbiq etməməlidir.
Rəsmi Vaşinqton, həmçinin Ukrayna ordusunu ölkədə baş verən qarşıdurmalara qarışmamağı tələb edib.
“Ölkədəki vəziyyət siyasi yolla həll edilməlidir. ABŞ avropalı həmkarları ilə məsələnin həlli barədə danışıqlar aparır. Biz çalışacağıq ki, Ukraynanı azad Ukrayna xalqına qaytaraq”, - deyə bəynatda bildirilir.
Bu arada BMT-nin baş katibi Pan Gi Mun da Viktor Yanukoviçi ölkədə davam edən qanlı toqquşmaların dayandırılmasını tələb edib.