Kiyevdə kütləvi iğtişaş zamanı ölən milis işçilərinin sayı 7 nəfərə çatıb, Daxili İşlər Nazirliyinin (DİN) təqribən 300 əməkdaşı xəsarət alıb.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.
“İndicə 7-ci milis işçisi dünyasını dəyişdi, 298 DİN əməkdaşı yardım üçün müraciət edib, onlardan 272 nəfəri xəstəxanaya yerləşdirilib. 59 hüquq-mühafizəçisi odlu silah yarası alıb”, - deyə məlumatda bildirilir.
Kiyevdə miqyaslı küçə iğtişaşları çərşənbə axşamı, Ali Radanın iclası günü bərpa edilib. İclas zamanı müxalifət 2004-cü ilin konstitusiyasını bərpa etməklə parlament-prezident idarəçilik formasının geri qaytarılmasını tələb ediblər.
Aqressiv əhvallı izdiham Ukrayna parlamentinə yaxınlaşmağa cəhd göstərib. Radikallar Kiyevin mərkəzində avtomobil təkərləri yandırıblar, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifətçilər ilk dəfə olaraq odlu silah tətbiq ediblər.