İranda dəhşətli avtobus qəzası: ölənlərin sayı 18 nəfərə çatıb
19 fevral, 2014 12:58
İranın Mazandaran vilayətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
ERtv APA-ya istinadən verdiyi məlumata görə, yaralıların sayının isə 25 nəfər olduğu bildirilir.
Qeyd edək ki, fevralın 18-də yerli vaxtla səhər saat 04:15-də Larican şəhərinin Polur məntəqəsində Qorqan-Tehran marşrutu ilə hərəkət edən “Volvo” markalı sərnişin avtobusu dərinliyi 40 metr olan dərəyə aşıb.