Benzin istehsalı azalıb
19 fevral, 2014 12:53
Neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 170,4 milyon manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,7 faiz azalıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvarda 119,3 min ton avtomobil benzini istehsal olunub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 % azalma deməkdir.
Bundan başqa bu müddətdə neft-kimya sənayesində istifadə olunan benzin istehsalı 2,8 min ton təşkil edib.
Statistikaya əsasən həmçinin bu müddətdə 198,7 min ton dizel yanacağı istehsal edilib. Bu isə öz növbəsində istehsalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 % azalmasının göstərir.