Gəncədə Azərbaycan Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşü başa çatıb.
ERtv-nin bölgə müxbirinin verdiyi məlumata görə hazırda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra nazirlər geniş tərkibdə görüş keçirəcəklər.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nazirləri qarşılayacaq və şəhər İcra Hakimiyyətinin binasında görüş keçiriləcək. Daha sonra mətbuat konfransı keçirəcəklər.
Bu gün Gürcüstanın Respublikasının Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana səfər ediblər.
Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkənin nazirlərinin görüşü təşkil ediləcək.
Səfərdə məqsəd regionda siyasi stabillik, iqtisadi inkişaf və üç dövlət arasında hərtərəfli inkişaf məsələlərinin geniş müzakirəsi nəzərdə tutulub.