Xəbərlər

Rusiyada azərbaycanlılar qadını və övladlarını yanğından xilas ediblər
19 fevral, 2014 13:08

Həştərxanda üç gənc oğlan alova bürünmüş mənzildən bir qadını və onun 2 azyaşlı uşağını xilas ediblər.

ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, xilas edənlərdən ikisi azərbaycanlı Sərxan və Orxan Məmmədov qardaşları olublar.

Qardaşlar tanışları Roman Kazaçenko ilə yanğının baş verdiyi binanın mənzillərindən birində çay içirlərmiş. Yanıq iyi hiss edən oğlanlar əvvəlcə giriş vasitəsilə ilə qaçmaq istəyiblər, lakin hər yeri kəskin duman bürüdüyündən eyvandan çıxmalı olublar. Çıxarkən onlar birinci mərtəbədəki mənzildən qatı tüstünün çıxdığını görüblər. Orada iki övladı olan qadının yaşadığını bildikləri üçün onlar düşünmədən özlərini alovun içinə atıblar.

“Qapını qırıb içəri girəndə gördüm ki, oğlan uşağı döşəmədə uzanıb qalıb. Onu tez götürüb eyvana qaçdım. Mən uşağı eyvandan aşağı verəndə, Roman qadını tapıb havaya çıxartdı”, - deyə həmyerlimiz Orxan Məmmədov bildirib.

Yeniyetmələr daha sonra digər uşağı da tüstünün içərisindən tapıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin regional idarəsində gəncləri həvəsləndirmək barədə düşünürlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.