Azərbaycanda işsizlərin sayı açıqlanıb
19 fevral, 2014 13:00
Fevralın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş səxslərin sayı 36,5 min nəfər olub, onların 41,2 faizini qadınlar təşkil edib.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onlardan 1 139 nəfəri işsizliyə görə müavinət alıb. İşsizliyə görə müavinətin orta məbləği 256,1 manat olub.
Bildirək ki, “məşğulluq haqqında” Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanununa əsasən işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alırlar
(müavinətin ödənilməsi müddəti Qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz).