Xəbərlər

Qazaxıstan səfiri: “İl ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçiriləcək”
18 fevral, 2014 14:09

Azərbaycanla Qazaxıstan arasında həmişə çox yaxşı münasibətlər olub.

ERtv xəbər verir ki, bu barədə  Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevmətbuat konfransında bildirib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir:

“İki ölkəni dərin əlaqələr birləşdirir. Bizim münasibətlərimiz  yalnız siyasi-iqtisadi deyil,  humanitar,  mədəni sahədə də inkişaf edir”.

Diplomat deyib ki, bu il qarşılıqlı olaraq iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlər həyata keçiriləcək.

Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri  Erlan İdrisov Azərbaycana səfər edəcək.

Daha sonra səfir bildirib ki, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin  iki gün sonra Azərbaycana  səfər edəcək.

Parlament sədri  Azərbaycan Prezidenti, Milli Məclisin sədri ilə görüşəcək.  İki ölkənin   parlamentləri  arasında əməkdaşlığa dair sənəd imzalanacaq.

A.Jumabayev iki ölkənin iqtisadi münasibətlərinin perspektivlərinə də toxunub və deyib ki, ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədirlər:

“Ticarət dövriyyəsi 400 milyard dollar təşkil edir bə bu iki ölkənin potensialına cavab vermir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.