Xəbərlər

İlham Əliyev Tofiq Əhmədovun yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
17 fevral, 2014 14:09

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur.

Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.