Belorusun paytaxtı Minsk şəhərində David Bornşteynin xatirəsinə həsr olunmuş şahmat turniri öz işinə davam edir.
ERtv xəbər verir ki, “A” turnirinin 7-ci turunda azərbaycanlı qrossmeyster Eltac Səfərli ağ fiqurlarla rusiyalı Mixail Molarova qalib gəlib.
Həmçinin, digər idmançımız Rauf Məmmədov da bu turu qələbə ilə sona çatdırıb.
Belarus şahmatçısı Vladislav Kovaleyov qara fiqurlarla oyunda qələbə qazanıb. 5-ci tura qədər liderlər qrupunda olan Vasif Durarbəyli isə ukraynalı Mixail Alekseyenkoya məğlub olub.
Yeddi turun sonunda ən yüksək xal göstəricisi Eltac Səfərliyə məxsusdur. O, 5 xal toplayaraq hazırda 8-ci yerdədir. Eyni xal göstəricisi Rauf Məmmədova da aiddir. Hazırda o da 9-cu yerdə qərarlaşıb.
Turnir İsveç sistemi üzrə 9 turdan ibarətdir və 19 fevral tarixində başa çatacaq.