Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü Soçi Olimpiyadasında uğurla çıxış edir
17 fevral, 2014 14:05
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışları davam edir.
ERtv xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda 20 cütlük birincilik uğrunda mübarizə aparır.
Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 8-ci nömrə altında çıxış etmişlər. Rəngarəng çıxışları ilə azarkeşlər tərəfindən hərarətli alqışlarla qarşılanan Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıb.
Qısa proqram yarışında aktivinə 58,15 xal yazdıran cütlüyümüz iki çıxışın nəticəsinə görə, 148,63 xal toplayaraq indiyədək çıxış etmiş idmançılar arasında ikinci pillədə qərarlaşıb.