Şair Nəriman Həsənzadənin doğum günüdür
18 fevral, 2014 14:04
Bu gün görkəmli şair, dramaturq Nəriman Həsənzadənin doğum günüdür.
ERtv xəbər verir ki, Həsənzadə Nəriman Əliməmməd oğlu 1931-ci il fevralın 18-də Qazax rayonunda anadan olub.
H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb (1949-1953). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
“Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində çalışıb (1978-1991). Dövlət Mətbuat Komitəsinin sədr müavini olub. (1991-1993).