“Financial Times” qəzetində Şahin Növrəslinin Londonda keçirilən konserti barədə məqalə dərc edilib
17 fevral, 2014 14:03
Britaniyanın nüfuzlu “Financial Times” qəzetində azərbaycanlı pianoçu, düya şöhrətli cazmen Şahin Növrəslinin Londonda keçirilən solo konserti barədə məqalə dərc edilib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, məqalədə konsert haqqında məlumat verilmiş, pianoçunun Azərbaycan və Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa etdiyi qeyd olunmuş, həmçinin Bakı Beynəlxalq Caz Festivalından bəhs edilmişdir.
Bildirilmişdir ki, azərbaycanlı sənətkarlar musiqinin caz janrı ilə milli xalq musiqisi - muğamın sintezinə nail olmuşlar.