Hərbçilərimiz ABŞ-a gedəcəklər
18 fevral, 2014 14:02
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
ERTv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən fevralın 19-dan iyunun 12-dək ABŞ-ın San Antonio şəhərində Quru Qoşunları zabitlərinin komanda qərargah kursu keçiriləcək.
Tədbirlərdə ölkəmizin Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.