Xəbərlər

İDEA-nın keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsində həftənin liderləri müəyyənləşib
18 fevral, 2014 14:01

İDEA İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi uğurla davam edir.

ERtv xəbər verir ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.

Layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-a qədər Bakıda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.

Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27000 kq, qeyri-hökümət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kq və özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kq istifadə olunmuş kağız məhsullarını adı çəkilən mərkəzlərə təhvil verməklə həftənin liderləri olublar.

Bununla yanaşı, vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edirlər. Onlar arasında İsayeva Sevinc Şəmsəddin qızı 56 kq nəticə ilə birinci olub.

Qeyd edək ki, kütləvi aksiya hələ də davam edir. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.