Nüfuzlu “World Press Photo-2014” fotomüsabiqəsinin ən yaxşı fotoları
18 fevral, 2014 13:58
Bu günlərdə Amsterdamda 57-ci nüfuzlu “World Press Photo” foto müsabiqəsinin qalibləri elan olundu.
ERtv xəbər verir ki, ABŞ-dan olan Con Stanmeyer “2013-cü ilin ən yaxşı fotosu” kateqoriyasında mükafat qazanıb.
Mükafata layiq görülən şəkil Cibuti şəhəri sahilində qonşu Somalidən mobil siqnal tutmaq ümidi ilə telefonlarını yuxarı qaldırmış afrikalı mühacirlərin şəkili olub.
Münsiflər heyətinin üzvlərindən biri olan Cillian Edelstayn qeyd edib ki, mühacirləri adətən kasıb, üzgün və natəmiz təsvir edirlər. Bu şəkildə isə onlar ümidli və ləyaqətli görünürlər.
Gün.Az “World Press Photo” fotomüsabiqəsində qalib gələn bütün şəkilləri sizə təqdim edir.