Ölkənin ilk qadın baş redaktoru
17 fevral, 2014 13:57
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadın qəzetə baş redaktor təyin edilib.
ERtv-nin ANS Press-ə istinadən məlumatına görə, Süməyya Cəbərti ingilis dilində nəşr olunan “Saudi Gazette” qəzetinin baş redaktoru olacaq.
S.Cəbərti uzun müddət adıçəkilən qəzetdə baş redaktorun müavini işləyib.
Məlumata görə, Süməyya Cəbərtinin baş redaktor təyinatı qəzetin əvvəlki baş redaktorunu özündən çıxarıb. Xalid Əlməini keçmiş müavininin yeni vəzifəyə təyin edilməsini “aynalı tavanda çat” kimi qiymətləndirib.