Xəbərlər

Emal sənayesi üzrə istehsalçı qiymətlər 6 faizdən çox artıb
18 fevral, 2014 13:56

Yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərdə metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətlərdə isə 2,6 faiz ucuzlaşma, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərdə isə 1,3 faiz bahalaşma qeydə alınıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.