SOCAR-a məxsus neftin BTC ilə ixracına başlanılıb
18 fevral, 2014 13:55
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə Dövlət Neft Şirkətinə məxsus xam neftin təchizatına başlanılıb.
ERTv şirkətə istinadən xəbər verir ki, bundan başqa, hazırda Bakı-Novorossiysk kəməri ilə SOCAR-a məxsus neftin nəqli barədə Rusiya Federasiyasının “Transneft” şirkəti ilə də danışıqlar davam etdirilir.
“SOCAR-ın hasil etdiyi neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqlinə başlanılması Şirkətin bu neftin ixrac istiqamətlərinin diversifikasiyasını təmin edir”.